Dünya
Donald Tramp Nikolas Maduronun qaçırılması zamanı istifadə olunan silahın sirrini açıqladı
Donald Tramp bildirib ki, ABŞ istehsalı olan "diskombobulyator" silahı istifadə edilərkən vızıltı səsi çıxarır. Bu aparatın Venesuelada prezident Nikolas Maduronun ələ keçirilməsi zamanı tətbiq edildiyi iddia olunur. Oxu.Az kp.ru-ya istinadən xəbər verir ki, bunu ABŞ lideri Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib. "Onlar yuxarıdan belə qəribə bir vızıltı eşidirdilər", - deyə ABŞ prezidenti vurğulayıb. O əlavə edib ki, qarşı tərəf bunun qarşısını almağa çalışsalar da, mümkün olmayıb. Öz növbəsində "The Washington Post" qəzeti yazıb ki, Trampın gizli silahının tətbiqinin nəticələri ABŞ alimlərinin radiotezlik şüalanması ilə əlaqələndirdiyi "Havana sindromuna" bənzəyir. Xatırladaq ki, "Havana sindromu" 2016-cı ildə Kubada ortaya çıxıb - həmin vaxt amerikalı diplomatları başağrıları, eşitmə və görmə itkisi, tarazlıq problemləri və ürəkbulanmadan şikayət edirdilər. Bəzilərinə beyin zədələnməsi diaqnozu qoyulmuşdu.
Mənbə
oxu.az