Dünya

ABŞ-də iki milyon dollarlıq kuryoz fırıldaq: Ata və qızı məşhur rəsmləri saxtalaşdıraraq satıblar - FOTO

01 May 2026, 02:36 1 baxış
ABŞ-də iki milyon dollarlıq kuryoz fırıldaq: Ata və qızı məşhur rəsmləri saxtalaşdıraraq satıblar - FOTO
ABŞ-də ata və qızı təxminən iki milyon dollar məbləğində saxta sənət əsərlərinin satışında təqsirlərini etiraf ediblər. Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. Bildirilib ki, 26 yaşlı qadın və onun 50 yaşlı atası tanınmış rəssamların əsərlərinin saxta variantını Polşada hazırlayıblar. Daha sonra onları ABŞ-yə gətirərək hərrac evləri vasitəsilə satıblar. İstintaq müəyyən edib ki, ümumilikdə azı 200 surət hazırlanıb. Guya rəssam Riçard Meyhyuya məxsus olan belə işlərdən birini 160 min dollara satmaq mümkün olub. Təqsirləndirilən şəxslər 2020-ci ildən belə işlərlə məşğul olublar. Onlar əsərlərə orijinal görünüş vermək üçün köhnə kağızlardan və qalereyaların saxta möhürlərindən istifadə ediblər. Məhkəmədə hər iki iştirakçı qanunsuz əməllərini boynuna alıb. Ata və qızını üç ildən artıq azadlıqdan məhrumetmə və təxminən 1.9 milyon dollar məbləğində kompensasiya cəzası gözləyir. Bundan əlavə onların Polşaya deportasiyası da istisna edilmir.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər