Dünya
Tramp bir neçə ölkədə ABŞ qoşunlarının sayını azalda biləcəyini istisna etməyib - VİDEO
ABŞ Prezidenti Donald Tramp ölkəsinin xaricdə dislokasiya olunmuş hərbi kontingentlərinin sayını təkcə Almaniyada deyil, həm də İtaliya və İspaniyada azalda biləcəyini istisna etməyib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, ABŞ lideri bu sözləri jurnalistlərin İtaliya və İspaniyanın ünvanına səsləndirdiyi tənqidlər fonunda bu məsələyə baxıb-baxmayacağı barədə sualını cavablandırarkən deyib.
"Bəli, mümkündür. Mən niyə bunu etməməliyəm? İtaliya bizə heç nə ilə kömək etməyib, İspaniya isə özünü sadəcə dəhşətli aparıb", - deyə ABŞ prezidenti bildirib.
"Bəli, mümkündür. Mən niyə bunu etməməliyəm? İtaliya bizə heç nə ilə kömək etməyib, İspaniya isə özünü sadəcə dəhşətli aparıb", - deyə ABŞ prezidenti bildirib.
Mənbə
oxu.az