Dünya
Fransada hərbi təlimlərdə Emmanuel Makrona "rusların" məğlub olduğu döyüş nümayiş etdirilib
Fransada keçirilən və son dövrlərin ən böyük hərbi təlimi hesab olunan "Orion-26" təlimlərinin son günündə Fransa Prezidenti Emmanuel Makronun qarşısında şərti düşmənə qarşı həlledici döyüş keçirilib. Ssenariyə əsasən, bu döyüşdə Rusiyanın hərbi xüsusiyyətlərinə malik şərti qüvvələr məğlub edilib. Oxu.Az "Le Monde" nəşrinə istinadən xəbər verir ki, fevralın 8-dən aprelin 30-dək davam etmiş "Orion-26" hərbi təlimlərində Fransa ilə yanaşı, daha 20 ölkənin birləşmiş qüvvələri iştirak edib. Fransa Silahlı Qüvvələr Nazirliyinin məlumatına əsasən, bu, ölkə tarixində aparılan ən böyük hərbi manevrdir. Təlimlərə təxminən 12 500 hərbçi, 25 gəmi (o cümlədən "Charles de Gaulle" aviadaşıyıcısı), 140 təyyarə və helikopter cəlb olunub. Həmçinin manevrlərdə 800 pilotsuz uçuş aparatı (PUA) və kibertəhdidlərin qarşısının alınması üzrə mütəxəssislər də iştirak edib. Təlimlərin əsas məqsədi Fransa ordusunun yüksək intensivlikli döyüş əməliyyatlarına hazırlığını təmin etmək və Ukraynadakı münaqişə zamanı əldə olunan təcrübəni silahlı qüvvələrin müxtəlif sahələrində tətbiq etməkdir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər