Dünya

Qazaxıstanda bəzi əcnəbilərə "Qızıl viza" veriləcək

01 May 2026, 01:36 1 baxış
Qazaxıstanda bəzi əcnəbilərə "Qızıl viza" veriləcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin imzaladığı fərmana əsasən, investorlar və informasiya texnologiyaları üzrə mütəxəssislər dövlət xidmətlərinə çıxışda statusuna görə ölkə vətəndaşlarına bərabər tutulan "Qızıl viza" ala biləcəklər. Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, "Qızıl vizası" olan əcnəbilər, həmçinin fərdi gəlir vergisinə cəlb edilməyəcək və bir sıra digər öhdəliklərdən azad olunacaqlar. Fərman, həmçinin əcnəbilərdən ərizələrin "bir pəncərə" rejimində qəbulu üçün rəqəmsal platformaların yaradılmasını da nəzərdə tutur.
Mənbə oxu.az

Oxşar Xəbərlər