Dünya
Pit Heqset: "Pentaqonun büdcəsində Ukraynaya hərbi yardım üçün yeni vəsait nəzərdə tutulmayıb"
"Pentaqon 2027-ci ilin büdcəsində Ukraynaya hərbi yardım üçün yeni vəsait nəzərdə tutmayıb". Oxu.Az "ABC News"a istinadən xəbər verir ki, bunu ABŞ-nin hərb naziri Pit Heqset bildirib. "Bu büdcədə Ukraynaya hərbi yardım təşəbbüsü üçün maliyyələşdirmə nəzərdə tutulmayıb", - deyə o qeyd edib. Eyni zamanda, Vaşinqton ABŞ Konqresinin Ukraynaya 400 milyon dollarlıq maliyyə yardımı paketinin dondurulmasının ləğvi barədə qərar qəbul edib.
Mənbə
oxu.az