Dünya
Tramp Britaniya kralının səfərindən sonra şotland viskisi ilə bağlı qərar verdi
ABŞ Prezidenti Donald Tramp şotland viskisinin idxalına qoyulan tarif və məhdudiyyətlərin ləğv edildiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, o, müvafiq bəyanatı Böyük Britaniya Kralı III Çarlz və kraliça Kamillanın Ağ Evə dövlət səfəri başa çatdıqdan sonra özünün "Truth Social" platformasında paylaşıb. "Kral və kraliçanın şərəfinə... Mən Şotlandiyanın viski və burbon məsələlərində Kentukki Birliyi ilə əməkdaşlıq imkanları ilə bağlı viski üzrə tarif və məhdudiyyətləri ləğv edirəm", - deyə prezidentin bəyanatında bildirilir.
Mənbə
oxu.az