Dünya
ABŞ İrana zərbələri bərpa edəcək? - Tramp AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp İrana zərbələri bərpa etməyin zəruriliyinə əmin olmadığını bildirib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, bu mövqeyini jurnalistlərin suallarını cavablandırarkən izah edib. Ağ Evin rəhbərindən onun atəşkəsi pozmağa can atıb-atmadığı soruşulub. "Bizə bunun lazım olub-olmadığını bilmirəm. Ola bilsin ki, ehtiyacımız var", - deyə Tramp bildirib. ABŞ liderinin versiyasına görə, İran saziş bağlamağı çox arzu edir. İranın danışıqlarda inadkarlıq nümayiş etdirdiyini düşünüb-düşünmədiyi sualına ABŞ lideri bununla nəyin nəzərdə tutulduğunu anlamadığını bildirib. "Mən inadkarlığın nə demək olduğunu bilmirəm, çünki mahiyyət etibarilə məndən və daha bir neçə nəfərdən başqa heç kim bu danışıqların nədən ibarət olduğunu bilmir. Onlar çox istəyirlər ki, saziş bağlansın", - deyə ABŞ prezidenti vurğulayıb.
Mənbə
oxu.az