Dünya

Serbiya üçün kritik qərar: Avropa İttifaqı bütün ödənişləri dayandırdı

01 May 2026, 01:00 1 baxış
Serbiya üçün kritik qərar: Avropa İttifaqı bütün ödənişləri dayandırdı
Avropa İttifaqı (Aİ) məhkəmə sistemindəki siyasətinə görə Serbiyanın maliyyələşdirilməsini dayandırıb. Oxu.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib. "Hazırda biz inkişaf planı üzrə Serbiyaya bütün ödənişləri dayandırmışıq, çünki məhkəmə sistemində yenidən geriləmə müşahidə olunur. Bu problem düzəlməyincə, ölkə Aİ-nin maliyyə dəstəyini ala bilməyəcək", - deyə komissar bəyan edib. Qeyd edək ki, aprelin 10-da "Politico" nəşri Aİ-nin Serbiyadakı demokratik islahatlarda sistemli geriləmə və Rusiya ilə sıx əməkdaşlıq səbəbindən bu ölkəyə 1.5 milyard avroya qədər maliyyə yardımının dayandırılması imkanlarını nəzərdən keçirdiyi barədə məlumat yaymışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər