Dünya

Hindistanda turist qayığı qəzaya uğrayıb: Ölən və yaralananlar var

30 Apr 2026, 23:48 1 baxış
Hindistanda turist qayığı qəzaya uğrayıb: Ölən və yaralananlar var
Hindistanın Qucarat ştatındakı Narmada çayında turist qayığının qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub, 15 nəfər itkin düşüb. Oxu.Az "Hindustan Times"a istinadən xəbər verir ki, qayığın göyərtəsində 35-40 nəfər olub. İlkin məlumata görə, qayığın qəzaya uğramasına səbəb artıq yüklənmə ola bilər. Həmçinin qayığını əlverişsiz hava şəraiti səbəbindən aşması versiyası da nəzərdən keçirilir. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər