İdman

İngiltərə millisinin sabiq oyunçusu 40 yaşında karyerasını başa vurur

30 Apr 2026, 15:40 1 baxış
İngiltərə millisinin sabiq oyunçusu 40 yaşında karyerasını başa vurur
"Mançester Yunayted"in və İngiltərə millisinin keçmiş futbolçusu Eşli Yanq peşəkar karyerasını başa vurmağa hazırlaşdığını bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə məşhur futbolçu sosial şəbəkə hesabında məlumat verib. "Bu, hələ uşaq ikən xəyal etdiyim inanılmaz bir yol idi, lakin bunun da sonu olmalıdır. Mayın 2-də 23 illik peşəkar karyeramdakı son oyun ola bilər", - deyə 40 yaşlı ulduz oyunçu bildirib. Yanq 2025-ci ildən İngiltərənin ikinci liqasında mübarizə aparan "İpsviç" klubunda çıxış edir. Hazırda onun klubu çempionatın sonuna bir tur qalmış turnir cədvəlində ikinci yerdə qərarlaşıb. İki gün sonra "İpsviç" KPR-lə qarşılaşacaq. Yanqın klubu ikinci pillədəki mövqeyini qoruya bilsə, birbaşa İngiltərə Premyer Liqasına vəsiqə qazanacaq. Qeyd edək ki, təcrübəli futbolçu karyerası boyunca "Everton", "Aston Villa", "Uotford" və "Mançester Yunayted" klublarında çıxış edib. O, İngiltərə millisində 39 matç keçirib və yeddi qol vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər