İdman
Azərbaycan millisi UEFA turnirində Pakistanı məğlub etdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması UEFA İnkişaf Turniri çərçivəsində sonuncu sınağına çıxıb. Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimiz turnirdəki üçüncü matçında Pakistanın U-17 yığması ilə üz-üzə gəlib. Qazaxıstanın Çimkənd şəhərindəki "Namys" stadionunda təşkil olunan gərgin qarşılaşma millimizin 1:0 hesablı minimal üstünlüyü ilə başa çatıb. Komandamıza qələbə qazandıran yeganə qola matçın 77-ci dəqiqəsində Nazim Əliyev imza atıb. Beləliklə, baş məşqçi Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv dörd komandanın mübarizə apardığı turniri 5 xalla başa vurub.
Mənbə
oxu.az