Cəmiyyət

Biləcəridə məktəbin yerləşdiyi küçədə ACINACAQLI VƏZİYYƏT - VİDEO

30 Apr 2026, 13:48 1 baxış
Biləcəridə məktəbin yerləşdiyi küçədə ACINACAQLI VƏZİYYƏT - VİDEO
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yolun yararsız vəziyyətə düşməsi sakinlərin və buradan keçən sürücülərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Bildirilib ki, qəsəbənin Qamət Abbasov küçəsində asfalt örtüyü tamamilə sıradan çıxıb. Yol boyu yaranmış dərin çalalar nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və avtomobillərə ziyan vurur. Sakinlərin sözlərinə görə, uzun müddətdir problem davam etsə də, ərazidə təmir-bərpa işləri aparılmır: "Yolun asfalt qatı dağılıb. Hər addımbaşı dərin çalalar var. Uzun müddətdir vəziyyət belədir. Heç olmasa bu çalaları aradan qaldırmaq üçün tədbir görülmür. Avtomobillər sıradan çıxır, insanlara ziyan dəyir". Qeyd edilib ki, sözügedən küçədə 284 nömrəli məktəb də yerləşir. Yolun mövcud durumu məktəblilər üçün də çətinlik və təhlükə yaradır. Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə sorğu verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər