İdman

"Kolambus Kryu" rəqibinə şans vermədi: Nəriman Axundzadə növbəti sınağına çıxdı

30 Apr 2026, 10:44 1 baxış
"Kolambus Kryu" rəqibinə şans vermədi: Nəriman Axundzadə növbəti sınağına çıxdı
Azərbaycan milli komandasının üzvü Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" klubunun heyətində növbəti sınağına çıxıb. Oxu.Az xəbər verir ki, 22 yaşlı hücumçu ABŞ Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan "Uan Noksville" ilə qarşılaşmada iştirak edib. Matça start heyətində başlayan forvardımız son fitə qədər mübarizə apararaq əvəzlənməyib. Bu maraqlı duel "Kolambus Kryu"nun 4:1 hesablı inamlı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, Nəriman Axundzadə MLS təmsilçisinə bu ilin fevral ayında transfer olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər