Cəmiyyət

Qəbələdə yarımstansiyanın yenidən qurulmasına 22 milyon manat ayrılacaq

30 Apr 2026, 09:56 1 baxış
Qəbələdə yarımstansiyanın yenidən qurulmasına 22 milyon manat ayrılacaq
Qəbələdə mövcud 220/10/10 kV-luq yarımstansiyanın 220/110/10 kV-luq yarımstansiyaya keçirilməklə yenidən qurulması planlaşdırılır. Oxu.Az-ın məlumatına görə, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti bununla bağlı tender elan edib. Bildirilib ki, müsabiqə mövcud 220/10/10 kV-luq Qəbələ yarımstansiyasının 220/110/10 kV-luq yarımstansiyaya keçirilməklə yenidən qurulması işlərini əhatə edir. Qurum görüləcək işlər müqabilində ümumilikdə 22 milyon 771 min 995 manat ödəməyi planlaşdırır. Qeyd edək ki, layihə çərçivəsində yarımstansiyanın gücünün artırılması və daha yüksək gərginlik səviyyəsinə uyğunlaşdırılması nəzərdə tutulur.
Mənbə oxu.az

Oxşar Xəbərlər