İdman
Dünya çempionatına 42 gün qaldı: İSVEÇRƏ - "Nati" - FOTO - VİDEO
İsveçrə millisi (Nati) Avropa futbolunun ən stabil komandalarından biri hesab olunur. "Nati" almanca "Nationalmannschaft" (milli komanda) sözünün qısaltmasıdır və adətən İsveçrə futbol komandası üçün istifadə olunur. Bu il Kanada, Meksika və ABŞ-də keçiriləcək dünya çempionatı İsveçrənin ardıcıl altıncı və ümumilikdə 13-cü dünya çempionatı olacaq. "Nati" 1934, 1938 və 1954-cü illərdə olmaqla üç dəfə 1/4 finala yüksəlməyi bacarıb. 1994-cü ildən bəri onlar altı cəhddən beşində 1/8 finala adlasalar da, çoxunda dramatik şəkildə mübarizəni dayandırmalı olublar. İsveçrəlilər, həmçinin son iki Avropa çempionatında da 1/4 finala qədər irəliləyiblər. Əvvəllər "Arsenal" və "Bayer Leverkuzen" forması geyinmiş, hazırda isə Premyer Liqada "Sanderlend"in ulduzu olan kapitan Qranit Caka komandanın aparıcı siması və oyun qurucusudur. Artıq üç dünya çempionatında iştirak etmiş 33 yaşlı futbolçudan daha çox İsveçrə millisində oyun keçirən başqa bir oyunçu yoxdur. DÇ-2026-nın püşkatmasından sonra bir çox mütəxəssis İsveçrənin yer aldığı qrupu turnirin ən balanslı və proqnozlaşdırılması çətin qrupu kimi qiymətləndirir. Oxu.Az İsveçrə futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.
Bazeldə doğulmuş baş məşqçi Murat Yakın futbolçu karyerası ərzində "Qrasshopper", "Fənərbağça", "Ştutqart" və "Bazel"də çıxış edib. Əsasən dayaq yarımmüdafiəçisi kimi 49 beynəlxalq oyunda iştirak edən sabiq futbolçu butslarını mismardan asdıqdan sonra 2006-cı ildə məşqçilik karyerasına başlayıb və 2021-ci ildə Vladimir Petkoviçi əvəzləyərək İsveçrə millisinin baş məşqçisi təyin olunmazdan əvvəl öz ölkəsində bir neçə klubu çalışdırıb. Qətərdə keçirilən DÇ-2022-də komandasını 1/8 finala daşıyan məşqçi burada Portuqaliyaya 6:1 hesabı ilə sarsıdıcı məğlubiyyət yaşayıb. AVRO-2024-də isə Yakının yetirmələri son çempion İtaliyanı mübarizədən kənarlaşdırsalar da, 1/4 finalda İngiltərəyə penaltilər seriyasında məğlub olublar. İsveçrənin ilk dünya çempionatı İsveçrənin ilk dünya çempionatı təcrübəsi 1934-də İtaliyada keçirilən turnirdə baş tutub. Burada Henrix Müllerin rəhbərlik etdiyi komanda açılış oyununda Niderlandı 3:2 hesabı ilə məğlub etsə də, dörd gün sonra 1/4 finalda Çexoslovakiyaya 3:2 hesabı ilə uduzaraq debüt medal xəyalları ilə vidalaşmalı olub.
İsveçrənin sonuncu dünya çempionatı İsveçrə ardıcıl beşinci dəfə iştirak etdiyi turnirdə DÇ- 2022 macərasına Bril Embolonun qolu sayəsində Kamerun üzərində 1:0 hesablı qələbə ilə başlasa da, daha sonra Braziliyaya eyni hesabla məğlub olub. Üçüncü oyununda Serbiya üzərində 3:2 hesablı qələbə qazanaraq G qrupunda ikinci yeri təmin edən "Nati" 1/8 finalda Qonsalo Ramosun het-trik etdiyi matçda Portuqaliyaya 6:1 hesabı ilə sarsıdıcı şəkildə uduzub.
İsveçrənin ən yaxşı dünya çempionatı İsveçrə dünya çempionatının 1/4 finalına üç dəfə yüksəlsə də, onların son səkkizlikdəki iştirakından xeyli vaxt keçib. 1954-cü ildə öz meydanlarında İtaliya üzərində 4:1 hesablı qələbə ilə 1/4 finala vəsiqə qazansalar da, Lozannanın dözülməz istisində Avstriyaya qarşı 3:0 öndə olduqları matçda 5:7 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıblar. Təkcə ilk hissəsində doqquz qolun vurulduğu bu oyun, 12 qolla dünya çempionatları tarixinin ən məhsuldar matçı olaraq qalır. İsveçrə 2026-cı il dünya çempionatına necə vəsiqə qazandı İsveçrəlilər seçmə mərhələyə Kosovonu 4:0 hesabı ilə məğlub edərək möhtəşəm başlanğıc ediblər. Yakının komandası daha sonra Sloveniya üzərində 3:0 hesablı qələbə qazanaraq öz potensialını növbəti dəfə nümayiş etdirib və ardınca İsveçə 2:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşmalarında da isveçrəlilər Sloveniyada 0:0 heç-heçə etdikdən sonra isveçlilər üzərində 4:1 hesablı inamlı qələbə ilə yenidən güclərini göstəriblər. Son matç günündə Kosovo ilə heç-heçə edən İsveçrə, seçmə mərhələni məğlubiyyətsiz və diqqətçəkən +12 top fərqi (14 vurulan, 2 buraxılan qol) ilə başa vurub.
DÇ-2026-da İsveçrənin oyun cədvəli (Bakı vaxtı ilə) İsveçrənin DÇ-2026-da B qrupunda Bosniya və Herseqovina, Kanada və Qətər millilərinə qarşı mübarizə aparacaq. B qrupu: 13 iyun, 23:00, Qətər- İsveçrə (San-Fransisko Bay Area Stadionu); 18 iyun, 23:00, İsveçrə - Bosniya və Herseqovina (Los-Anceles stadionu); 24 iyun, 23:00, İsveçrə - Kanada (Vankuver stadionu). İsveçrənin dünya çempionatlarında ən çox oyun keçirən futbolçuları və bombardiri Rikardo Rodriges və Qranit Caka hərəyə 12 oyunla İsveçrə millisində dünya çempionatlarında ən çox forma geyinən futbolçulardır. Hər ikisi indiyə qədər üç turnirdə - 2014-cü, 2018-ci və 2022-ci illərdə iştirak edib və ehtimal ki, 2026-cı ildə də meydanda olacaqlar. Bu isə onlara öz rekordlarını yeniləmək fürsəti verəcək. 1954-cü ildə doğma meydanda keçirilən dünya çempionatında altı qol vuran Yozef Huqi hələ də İsveçrənin mundiallardakı ən yaxşı bombardiridir. Cerdan Şakiri 2014-cü, 2018-ci və 2022-ci illərdəki üç dünya çempionatı iştirakında vurduğu beş qolla ikinci yerdə qərarlaşıb. O, 2024-cü ildə beynəlxalq karyerasını başa vurduğu üçün, Şakiri qərarını dəyişməyənə qədər Huqinin rekordu üçün hələlik təhlükə yoxdur.
İsveçrənin dünya çempionatlarındakı ən böyük qələbələri İsveçrə dünya çempionatında iki dəfə 4:1 hesablı qələbə sevinci yaşayıb. Bunlardan birincisi 1954-cü ildə doğma divarlar arasında İtaliyaya qarşı, digəri isə 40 il sonra ABŞ-də Alen Sütter, Stefan Şapuiza və Adrian Knupun (2 qol) fərqləndiyi matçda Rumıniyaya qarşı qeydə alınıb.
Hər zaman intizamlı oyunu və taktiki hazırlığı ilə seçilən İsveçrə, Şimali Amerikaya sadəcə qrupdan çıxmaq üçün deyil, nəhayət, o məşhur "beşinci oyun" (1/4 final) lənətini qırmaq üçün yollanır. Onların "soyuqqanlı maşını" dinamik rəqiblərin qarşısında tab gətirə biləcəkmi?

Mənbə
oxu.az