İdman

Ronaldonun 970-ci qolu komandasına qələbə qazandırdı

30 Apr 2026, 01:41 1 baxış
Ronaldonun 970-ci qolu komandasına qələbə qazandırdı

Səudiyyə Ərəbistanı Pro Liqasının 30-cu turunun matçında "Ən-Nəsr" öz meydanında "Əl-Əhli"ni 2:0 hesabı ilə məğlub edib.


Axar.az xəbər verir ki, 76-cı dəqiqədə 41 yaşlı Kristiano Ronaldo baş zərbəsi ilə qol vuraraq hesabı açıb.


Bu qol Ronaldunun karyerasında 970-ci olub. 90-cı dəqiqədə Kinqsli Koman meydan sahiblərinin üstünlüyünü ikiqat artırıb.


"Ən-Nəsr" 79 xalla Pro Liqanın turnir cədvəlinə başçılıq edir. "Əl-Əhli" isə 66 xalla üçüncü yerdədir.

Mənbə axar.az

Oxşar Xəbərlər