Dünya

Böyük Britaniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatın akkreditasiyasını ləğv edib

29 Apr 2026, 19:36 1 baxış
Böyük Britaniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatın akkreditasiyasını ləğv edib
Böyük Britaniya hökuməti Londondakı Rusiya səfirliyinin əməkdaşının akkreditasiyasını ləğv edib. Oxu.Az bildirir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Məlumata görə, Londonun bu addımı Moskvanın ötən ay britaniyalı diplomatı ölkədən çıxarmaq qərarı ilə bağlıdır, hansı ki, Rusiya FTX-nin (Federal Təhlükəsizlik Xidməti) əməkdaşları onda kəşfiyyat fəaliyyətinin əlamətlərini aşkar etmişdilər. "Bununla əlaqədar olaraq, biz Rusiya səfirini (Andrey Kelin) çağırdıq və ona qarşı gördüyümüz cavab tədbiri - rusiyalı diplomatın akkreditasiyasının ləğvi barədə məlumat verdik", - deyə Böyük Britaniya XİN-dən qeyd edilib. XİN-dən, həmçinin bildirilib ki, Rusiyanın istənilən gələcək addımları eskalasiya kimi qiymətləndiriləcək və bunlara dərhal qarşılıqlı cavablar veriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər