Cəmiyyət
Bakı ilə İrəvan arasında növbəti görüş harada keçiriləcək?
Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə tərəflərin Dövlət komissiyalarının növbəti iclası Azərbaycanda keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə bu gün tərəflərin Ermənistandakı on üçüncü iclasında qərar qəbul olunub.
Bildirilib ki, tərəflər komissiyaların Azərbaycanda növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər.
Mənbə
axar.az