İdman
"Atletiko Madrid"in "Arsenal"la oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilir. Oxu.Az xəbər verir ki, gecənin qarşılaşmasında "Atletiko Madrid" klubu İspaniyada İngiltərənin "Arsenal" komandasını qəbul edəcək. Azərbaycanda azarkeşlər bu oyunu İctimai TV-də izləyə biləcəklər. Qeyd edək ki, yarımfinal qarşılaşmalarının cavab oyunları mayın 5-də və 6-da keçiriləcək. Xatırladaq ki, dünən baş tutan ilk yarımfinal matçında PSJ komandası "Bavariya"nı 5:4 hesabı ilə məğlub edib. UEFA Çempionlar Liqası Yarımfinal mərhələsi 29 aprel Saat 23:00, "Atletiko Madrid" - "Arsenal" (İctimai TV).
Mənbə
oxu.az