İdman

Avropa nəhənglərinin maraq göstərdiyi müdafiəçi "Qarabağ"ın "radar"ında - FOTO

29 Apr 2026, 17:46 1 baxış
Avropa nəhənglərinin maraq göstərdiyi müdafiəçi "Qarabağ"ın "radar"ında - FOTO
"Qarabağ" klubu 26 yaşlı portuqaliyalı mərkəz müdafiəçisi Juan Qulartın transferi ilə maraqlanır. Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, hələlik Ağdam təmsilçisi futbolçu üçün "Kasa Pia" klubuna rəsmi təklif göndərməyib. Məlumata görə, klub rəsmiləri müdafiəçini təxminən 1.5 milyon avro müqabilində sərbəst buraxmağa hazırdırlar. "Qarabağ" tərəfindən müdafiəçiyə təklif edilən məvacib isə hazırda qazandığı məbləğdən əhəmiyyətli dərəcədə yüksəkdir. Komandasının mövsüm ərzində vacib bir dövrdən keçdiyini anlayan Qulartın hazırda bu potensial transfer barədə çox düşünmədiyi bildirilir. Qeyd edək ki, 2024-cü ilin iyulunda "Kasa Pia"ya qoşulan Qulartın klubla 2027-ci ilin iyununa qədər müqaviləsi var və onun hazırkı bazar dəyəri 1 milyon avro təşkil edir. Futbolçunun adı eyni zamanda "Sportinq" və "Olimpiakos" klubları ilə də hallanır.
Mənbə oxu.az

Oxşar Xəbərlər