İdman

"Sabah" - "Karvan-Yevlax" matçının əvəzi ağır oldu: Hər iki klub cərimə ödəyəcək

29 Apr 2026, 16:46 1 baxış
"Sabah" - "Karvan-Yevlax" matçının əvəzi ağır oldu: Hər iki klub cərimə ödəyəcək
AFFA İntizam Komitəsi "Sabah" klubunu ümumilikdə 7 500 manat məbləğində cərimələyib. Oxu.Az xəbər verir ki, "Karvan-Yevlax"la keçirilən qarşılaşmanın 64-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alan Aleksey İsayev ikioyunluq cəza ilə üzləşib. Bu hadisəyə görə klub əlavə olaraq 1 000 manat cərimə olunub. Bundan başqa, matç başa çatdıqdan sonra meydana kənar şəxsin daxil olması və bu halın mövsüm ərzində üçüncü dəfə təkrarlanması səbəbindən "bayquşlar" daha 6 500 manat cərimə ödəyəcəklər. Qarşı tərəfdə də - "Karvan-Yevlax" cəzadan yayınmayıb. Komandanın futbolçusu Qavi Tompson ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün biroyunluq cəza alıb. Klub isə bu epizoda görə 500 manat məbləğində cərimələnib.
Mənbə oxu.az

Oxşar Xəbərlər