Dünya

Rusiya da OPEC+ alyansını tərk edir?

29 Apr 2026, 15:34 1 baxış
Rusiya da OPEC+ alyansını tərk edir?
"Rusiya OPEC+ sazişindən ayrılmaq variantını gündəmində saxlamır". Oxu.Az-ın məlumatına görə, bunu media nümayəndələrinə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib. O, jurnalistlərin müvafiq sualına qısa olaraq "xeyr" cavabını verib. Xatırladaq ki, ötən gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2026-cı il mayın 1-dən etibarən OPEC və OPEC+ alyansını tərk etməklə bağlı qərar qəbul edib. Agentliyin məlumatına əsasən, BƏƏ-nin OPEC və OPEC+ ittifaqlarından ayrılması dövlətin uzunmüddətli strateji və iqtisadi planları izah edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər