İqtisadiyyat

Azərbaycana pirat və kontrafakt şübhəli malların buraxılışı DAYANDIRILACAQ

29 Apr 2026, 14:42 1 baxış
Azərbaycana pirat və kontrafakt şübhəli malların buraxılışı DAYANDIRILACAQ
Barəsindəki məlumatlar reyestrə daxil edilmiş tez xarab olan malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə üç iş günü müddətinə dayandırılacaq. Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Sənəddə qeyd olunub ki, müraciət edən şəxsin əsaslandırılmış səbəbi olduqda göstərilən müddət daha üç iş gününədək uzadılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər