İqtisadiyyat

Pirat malların gömrükdə aqibəti necə olacaq? - YENİ QƏRAR

29 Apr 2026, 14:46 1 baxış
Pirat malların gömrükdə aqibəti necə olacaq? - YENİ QƏRAR
Gömrük sərhədindən keçirilən malların pirat və ya kontrafakt hesab edilməsi barədə qərar qəbul edildikdə, həmin mallar şəxs tərəfindən öz seçimi ilə dərhal gömrük ərazisindən geri aparılır və ya məhv edilə, yaxud onlardan dövlətin xeyrinə imtina olunacaq. Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Sənəddə qeyd olunub ki, gömrük orqanları gömrük sərhədindən keçirilən və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsini, o cümlədən əqli mülkiyyət hüquqlarının qorunmasını təmin etmək məqsədilə digər dövlətlərin səlahiyyətli orqanları və qurumları ilə beynəlxalq müqavilələrə uyğun olaraq əməkdaşlıq edirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər