Cəmiyyət

Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək - FOTO

29 Apr 2026, 15:00 2 baxış
Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək - FOTO
"Azərbaycan - İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək". Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.
O qeyd edib ki, son illərdə Azərbaycanda bir sıra gömrük keçid məntəqələrində infrastruktur imkanları daha da müasirləşir: "Bu yaxınlarda İranla sərhəddə "Ağbənd" keçid məntəqəsi inşa olunacaq. İntensiv tikinti işləri aparılır. İşlər yaxın vaxtlarda yekunlaşacaq. Piyadaların da rahat keçidi üçün imkanlar yaradılacaq".
Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər