Cəmiyyət
Kürdə su artdı: körpü su altında qaldı - Foto
Kür çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində Sabirabadda Ulacalı və Qruzma kəndlərini birləşdirən ponton körpü artıq su altında qalıb.
Axar.az xəbər verir ki, bu barədə Report-a Sabirabad rayon fövqəladə hallar komissiyasının sədri Həsən Həsənov məlumat verib.
O bildirib ki, nəticədə kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşıb.
Qeyd olunub ki, çayda suyun artmasına səbəb son günlər intensiv yağan yağışların nəticəsidir.
Mənbə
axar.az