Dünya

İsrail ordusu HƏMAS-ın hərbi kəşfiyyat rəisini məhv edib - FOTO - VİDEO

29 Apr 2026, 13:08 1 baxış
İsrail ordusu HƏMAS-ın hərbi kəşfiyyat rəisini məhv edib - FOTO - VİDEO
İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS-ın hərbi kəşfiyyat qərargahının əməliyyat şöbəsinin rəhbərini zərərsizləşdirib. Oxu.Az xəbər verir ki, bu barədə İsrail hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail ordusunun Qəzza zolağının şimalına endirdiyi zərbələr nəticəsində təşkilatın hərbi kəşfiyyat qərargahının əməliyyat şöbəsinin rəisi İyad Əhməd Abd əl-Rəhman Şambarini məhv edilib. "O, hərbçilərimizə qarşı terror aktları planlaşdırmaq və həyata keçirmək məqsədilə İsrail Müdafiə Ordusunun qüvvələri haqqında kəşfiyyat məlumatlarının toplanmasında əsas fiqur idi və ordumuz üçün birbaşa təhlükə yaradırdı", - deyə rəsmi açıqlamada vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər