İqtisadiyyat
Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Məhkəməyə müraciət edə biləcək
Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir. Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Belə ki, gömrük orqanları gömrük borcunu ödəmək öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirməyən xarici ticarət iştirakçısının hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə borcun ödənilməsinin təmin edilməsi məqsədilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə biləcək.
Mənbə
oxu.az