İqtisadiyyat

Məhsulların "daxili mal" statusunu itirmə qaydaları müəyyənləşdirilir

29 Apr 2026, 14:02 1 baxış
Məhsulların "daxili mal" statusunu itirmə qaydaları müəyyənləşdirilir
Məhsulların "daxili mal" statusunu hansı halda itirəcəyi qaydalar müəyyənləşir. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallarda mallar "daxili mal" statusunu itirir: - daxili tranzit xüsusi gömrük proseduru yerləşdirilmədən altında gömrük ərazisindən aparıldıqda; - son istifadə xüsusi gömrük proseduru yerləşdirilmiş altında mallardan dövlət xeyrinə imtina edildikdə və ya həmin malların məhv edilməsi zamanı tullantılar və ya qalıqlar yarandıqda; - buraxılışdan sonra malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsinə dair gömrük bəyannaməsi ləğv edildikdə.
Mənbə oxu.az

Oxşar Xəbərlər