Dünya

Ukraynaya məxsus PUA Qazaxıstanın Rusiya ilə sərhədində yerə çırpılıb - VİDEO

29 Apr 2026, 12:28 1 baxış
Ukraynaya məxsus PUA Qazaxıstanın Rusiya ilə sərhədində yerə çırpılıb - VİDEO
Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) Qazaxıstanın Aqtobe vilayəti ərazisində qəza edib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Mash" "Telegram" kanalı yayıb.
Bildirilib ki, hadisə aprelin 29-da Rusiyanın Orenburq vilayəti ilə sərhədin yaxınlığında baş verib. Orada yerləşən Alimbetovka kəndinin sakinləri qəzaya uğrayan PUA aşkarlayıblar. Onlar deyiblər ki, yerli vaxtla təxminən 08:30-da ağır bir cismin yerə çırpılmasından yaranan bərk gurultu eşidilib. Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal insidentin baş verdiyi əraziyə cəlb olunublar. Hadisə ilə bağlı başqa detallar açıqlanmayıb. Bu arada Rusiya Federasiyasının Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, aprelin 29-na keçən gecə Rusiya ərazisi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən təyyarə növlü 98 Ukrayna dronu məhv edilib. Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsevin sözlərinə görə, bölgədə fəaliyyət göstərən bir sıra sənaye obyektlərinə Ukrayna PUA-ları tərəfindən hücum cəhdləri qeydə alınıb. O, əlavə edib ki, HHM sistemləri dörd ədəd pilotsuz obyekti zərərsizləşdirməyə müvəffəq olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər