İdman

Manuel Noyer Çempionlar Liqasında antirekorda imza atdı

29 Apr 2026, 12:36 1 baxış
Manuel Noyer Çempionlar Liqasında antirekorda imza atdı
"Bavariya"nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin antirrekordu ilə diqqət mərkəzinə düşüb. Oxu.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Bildirilib ki, ÇL-in yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində PSJ ilə qarşılaşmada (4:5) qolkiper bir dəfə belə seyv edə bilməyib. Parislilər qapı çərçivəsinə beş dəfə zərbə vurublar və hamısı qolla nəticələnib. Qeyd olunur ki, ÇL-də daha əvvəl belə uğursuz qapıçı performansı uzaq 2000-ci ilə aiddir. Həmin vaxt "Çelsi"nin qapıçısı Ed de Quy "Barselona" ilə görüşdə bir seyv belə etmədən beş top buraxıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər