Cəmiyyət
Əməkdar jurnalistə vəzifə verildi
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub. Oxu.Az-ın məlumatına görə, jurnalist Sara Əzimova qurumun publik hüquqi şəxsinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib. S.Əzimova bu gün kollektivə təqdim olunub. Qeyd edək ki, aprelin 17-də Sara Əzimova öz ərizəsi əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə "Şərq qapısı" qəzetinin baş redaktoru vəzifəsindən azad edilib. Xatırladaq ki, Sara Əzimova 2015-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. 2025-ci ildə isə o, "Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti" fəxri adına layiq görülüb. Sara Əzimova Naxçıvan Muxtar Respublikasında Mətbuat Şurası İdarə Heyətinin və Televiziya və Radio Şurasının üzvü olub.
Mənbə
oxu.az