Dünya

Qolf kurortunda Donald Trampın böyük heykəli ucaldılıb - FOTO - VİDEO

29 Apr 2026, 10:36 1 baxış
Qolf kurortunda Donald Trampın böyük heykəli ucaldılıb - FOTO - VİDEO
"Trump National Doral" qolf kurortunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın bürüncdən hazırlanmış qızılı rəngdə heykəli ucaldılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Golfweek" jurnalı məlumat yayıb.

Peşəkar qolfçu Maverik Maknili abidə barədə danışarkən deyib ki, heykəl həddindən artıq hündür və qızılı rəngdədir. "Golfweek"in məlumatına əsasən, rəssam Alan Kottrill tərəfindən ərsəyə gətirilən heykəl ABŞ liderinin 2024-cü ildə ona qarşı törədilən sui-qəsddən sonrakı anını əks etdirir. Abidənin hündürlüyü postamentlə birlikdə 6.7 metr, ayrıca isə 4.5 metr təşkil edir. Trampın qolf idman növünə olan böyük marağı hər kəsə məlumdur. Mart ayında "HuffPost" portalı yazıb ki, yanvarın 20-də Ağ Evə qayıtdıqdan bəri ABŞ rəhbərinin Floridadakı qolf meydançalarında keçirdiyi asudə vaxtı amerikalı vergi ödəyicilərinə artıq 18 milyon dollardan baha başa gəlib. Bu cür yüksək xərclər meydançaların geniş əraziyə malik olması ilə əlaqədardır. Belə ki, bu ərazilərin təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ Sahil Mühafizəsinin gəmiləri və çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunur. Nəşr yazıb ki, siyasətçinin birinci prezidentlik dövründə qolf oyunları zamanı onun təhlükəsizliyinin təşkil edilməsi üçün Birləşmiş Ştatlar 151.5 milyon dollar sərf edib.
Qolf kurortunda Donald Trampın böyük heykəli ucaldılıb - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər