Cəmiyyət
Xaçmazda minik avtomobili lokomotivlə toqquşdu - FOTO
Bu gün saat 09:15-də Xaçmaz-Çarxı sahəsində "Prius" markalı minik avtomobili dəmiryol keçidindən istifadə qaydalarını pozub, nəticədə həmin sahədə hərəkətdə olan lokomotivlə toqquşub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib. Qeyd edilib ki, bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır. "ADY bir daha sürücüləri dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa, qaydalara, o cümlədən yol nişanlarının tələblərinə riayət etməyə, yalnız qatara yol verdikdən sonra hərəkəti davam etdirməyə çağırır", - məlumatda vurğulanıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az