Dünya

"Brent" markalı neft bahalaşmaqda davam edir

29 Apr 2026, 11:00 1 baxış
"Brent" markalı neft bahalaşmaqda davam edir
Qlobal bazarda "Brent" markalı neft bahalaşmaqda davam edir. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 9:09-da Londonun ICE birjasında iyun ayına çatdırılma ilə "Brent"in füçerslərinin qiyməti 0.25 dollar (0.22%) artaraq bir barel üçün 111.51 dollara çatıb. Əvvəlki sessiyada onun qiyməti 3.03 dollar (2.8%) artaraq bir barel üçün 111.26 dollar olmuşdu. Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.18 dollar (0.18%) azalaraq bir barel üçün 99.75 dollara düşüb. Əvvəlki sessiyada WTI markalı xam neft 3.56 dollar (3.7%) artaraq bir barel üçün 99.93 dollar olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər