Dünya

Resepti gizli qalan "Banberi" keksi tarixə qovuşdu: Şirkət ləğv edildi

29 Apr 2026, 06:16 1 baxış
Resepti gizli qalan "Banberi" keksi tarixə qovuşdu: Şirkət ləğv edildi
Böyük Britaniyada XVII əsrin əvvəllərindən fəaliyyət göstərən və təxminən 400 il ərzində məşhur "Banberi" keksini hazırlayan ailə şirkəti fəaliyyətini dayandırıb. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb. Şirkət kişmiş, şəkərli meyvələr, qəhvəyi şəkər, rom və muskat qozu ilə hazırlanan oval formalı ənənəvi "Banberi" kekslərinin istehsalı ilə məşhur idi. Maraqlıdır ki, bu resept ailə tərəfindən əsrlər boyu gizli saxlanılıb. Bir vaxtlar populyar olan mağaza 1960-cı illərdə sökülmüş və yerində yaşayış binası ilə yapon restoranı tikilmişdi. Buna baxmayaraq, şirkət fəaliyyətini davam etdirərək məhsullarını onlayn sifarişlər vasitəsilə satışa çıxarırdı. Lakin bu, biznesi qorumaq üçün kifayət etməyib. Bildirilib ki, şirkət 2026-cı il aprelin 7-də könüllü şəkildə ləğv olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər