Şou biznes
KİV: Maykl Ceksona qarşı yeni iddiada şok ittihamlar irəli sürülüb
Amerikalı pop ulduzu Maykl Ceksonun yaxın dostlarından birinin övladları mərhum müğənninin varislərinə və nümayəndələrinə qarşı yeni məhkəmə iddiası qaldırıblar. Oxu.Az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri xəbər yayıb. İddia ərizəsində qeyd olunur ki, müğənni azyaşlılarla yaxınlaşmaq və öz hərəkətlərini gizlətmək üçün xüsusi "uşaq şifrələrindən" istifadə edib. Edvard, Dominik, Mari-Nikol və Aldo adlı şəxslər bildiriblər ki, Cekson on ildən çox müddətdə onları cinsi zorakılığa məruz qoyub və qeyri-qanuni hərəkətlərə cəlb edib. Sənəddə müğənninin azyaşlıları intim hərəkətlərə sövq etmək üçün "Görüşə gələ bilərəm?", "Yoqi-çay", "Neverlend" və "Disneylendə gedək" kimi ifadələrdən istifadə etdiyi qeyd olunur. Həmçinin bildirilir ki, Cekson uşaqları spirtli içki qəbuluna təşviq etmək üçün də şərti adlara əl atıb: şərabı "İsanın şirəsi", daha güclü spirtli içkiləri isə "Disneylend şirəsi" adlandırıb. İddiaçıların sözlərinə görə, müğənni uşaqlarda ətrafdakılara qarşı qorxu və inamsızlıq formalaşdırır, baş verənləri gizli saxlamağa çalışırdı. O, uşaqlara psixoloqlara müraciət etməyi qadağan edir, qadınlarla ünsiyyətdən çəkinməyi tövsiyə edir və onları "pis", "hiyləgər" və "yalançı" kimi təsvir edərək nüfuzdan salmağa çalışırdı.
Mənbə
oxu.az