Dünya
Teylor Sviftin konsertinə hücum planlaşdıran şəxs terror təşkilatı ilə əlaqəli imiş
21 yaşlı Avstriya vətəndaşı A.Beran 2024-cü ilin avqust ayında Teylor Sviftin konsertinə qarşı hücum təşkil etməyə cəhd göstərdiyini etiraf edib. Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Vyana yaxınlığındakı Viner-Noyştadt şəhərində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs, eyni zamanda, terror təşkilatı ilə əlaqədə olmaq ittihamını da qəbul edib. Bununla belə, o, digər ittihamları, o cümlədən Məkkə şəhərinə hücum planlaşdırmaq iddiasını rədd edib. Avstriya prokurorluğu şübhəlinin evində demək olar ki, tam hazır vəziyyətdə olan partlayıcı qurğu aşkarladıqlarını bildirib. Avstriya hökumətinə mümkün hücumla bağlı məlumat ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) daxil olub. Beran 2024-cü ildə Vyanada keçirilməsi planlaşdırılan ilk konsertdən az əvvəl saxlanılıb. "Ernst Happel" stadionunda baş tutması nəzərdə tutulan və biletləri tam satılmış üç konsert təhlükəsizlik səbəbilə ləğv edilib. Ümumilikdə həmin tədbirlərdə 195 mindən çox tamaşaçının iştirakı gözlənilirdi.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az