Dünya

Almaniyada doğum son 80 ilin ən aşağı həddinə düşüb

29 Apr 2026, 02:12 1 baxış
Almaniyada doğum son 80 ilin ən aşağı həddinə düşüb
Almaniyada 2025-ci ilin yekunlarına əsasən, son 80 ilin ən aşağı doğum səviyyəsi qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə "Berliner Zeitung" nəşri ölkənin Federal Statistika İdarəsinə istinadən məlumat yayıb. İlkin hesabatlara görə, 2025-ci ildə Almaniyada 654 300-ə yaxın körpə dünyaya gəlib. Qurumdan bildirilib ki, bu rəqəm 677 117 doğumun qeydə alındığı 2024-cü illə müqayisədə 3.4% aşağıdır və 1946-cı ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda, ölüm hallarının sayı (təqribən 1.01 milyon) doğumları 352 min nəfər üstələyib. Bu, İkinci Dünya müharibəsindən bəri ən ciddi "demoqrafik kəsir" kimi qiymətləndirilir. Federal Statistika İdarəsinin hesabatından aydın olur ki, doğum nisbətindəki ən kəskin geriləmə ölkənin şərq hissəsində müşahidə edilib. Belə ki, qərb regionlarında bu göstərici 3.2% azaldığı halda, şərq regionlarında azalma 4.5% təşkil edib. Doğum sayının artdığı yeganə federal ərazi isə Hamburq olub, burada yenidoğulmuşların sayı 0.5% artıb. Qurum demoqrafik geriləməni əsas amillərlə əlaqələndirir: 1990-cı illərdə dünyaya gələn nəslin sayı azdır və onlar yalnız indi, yəni 30 yaşını keçdikdən sonra övlad sahibi olmağı planlaşdırırlar. Ölkədəki ümumi doğum əmsalı 2022-ci ildən etibarən mənfi tendensiya nümayiş etdirir. Ən nikbin proqnozlara görə belə, Almaniyada doğum göstəricisi 795 min körpənin dünyaya gəldiyi 2021-ci il səviyyəsini üstələməyəcək. Qeyd edək ki, bu sahədə yekun rəsmi statistika 2026-cı ilin iyul ayında açıqlanacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər