İdman

FIFA builiki mundialda yenilik tətbiq etməyi planlaşdırır

29 Apr 2026, 02:36 1 baxış
FIFA builiki mundialda yenilik tətbiq etməyi planlaşdırır
FIFA 2026-cı il dünya çempionatında ciddi yeniliklər tətbiq etməyi planlaşdırır. Oxu.Az "The Times" nəşrinə istinadən xəbər verir ki, rəqib oyunçu və ya hakimlə mübahisə zamanı ağzını əli ilə örtərək danışan futbolçular qırmızı vərəqə ilə cəzalandırılacaqlar. Mənbənin məlumatına görə, həmçinin hakimin qərarlarına etiraz əlaməti olaraq meydanı özbaşına tərk edən oyunçuların da birbaşa meydandan kənarlaşdırılması nəzərdə tutulur. FIFA prezidenti Canni İnfantinonun bu dəyişiklikləri təşkilatın aprelin 30-da Vankuverdə keçiriləcək konqresində rəsmən elan edəcəyi gözlənilir. Vurğulanır ki, sözügedən yeniliklərdən eksklüziv olaraq qarşıdakı dünya çempionatında istifadə olunacaq. Qeyd edək ki, turnir 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər