Dünya

"Titan" batiskafının qəzası: Qurbanların qalıqları ailələrinə ayaqqabı qutularında təhvil verildi

29 Apr 2026, 02:48 1 baxış
"Titan" batiskafının qəzası: Qurbanların qalıqları ailələrinə ayaqqabı qutularında təhvil verildi
"Titan" batiskafı qəzasında həyat yoldaşını və yeniyetmə oğlunu itirən qadın bildirib ki, yaxınlarının qalıqları ona kiçik "ayaqqabı qutularında" təhvil verilib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The Guardian" nəşri yayıb. 2023-cü ildə "Titanik" gəmisinin qalıqlarına doğru hərəkət edərkən sualtı aparatın partlaması nəticəsində həyat yoldaşı, şahzadə Davud və 19 yaşlı oğlu Süleymanı itirən Kristin Davud qalıqların qalan hissəsini təhvil almaq lazım olduğunu eşidəndə şok keçirdiyini bildirib. "Doqquz ay ərzində cəsədləri ala bilmədik, sonda isə bizə kiçik idman ayaqqabısı qutularında göndərdilər", - deyə o, müsahibəsində qeyd edib. Qəza baş verən sualtı aparatda özü olmalı olan, lakin son anda yerini oğlu Süleymana verən Kristin Davud bildirib ki, ekspertlərin dəniz dibindən çıxardıqları və DNT testi vasitəsilə ayrılan qalıqlar məhz budur. Xatırladaq ki, "Titan" 2023-cü il iyunun 18-də səhər saatlarında suya enməyə başlayıb, lakin "Titanik"ə doğru gedən yolda təxminən iki saatdan sonra müşayiət gəmisi ilə əlaqəni kəsib. Kompressiya partlayışı nəticəsində "Titan"ın göyərtəsindəki sərnişinlər dərhal ölüblər.
"Titan" batiskafının qəzası: Qurbanların qalıqları ailələrinə ayaqqabı qutularında təhvil verildi
Mənbə oxu.az

Oxşar Xəbərlər