Dünya

KİV: ABŞ-nin Ukraynadakı diplomatik missiyasının rəhbəri Trampla fikir ayrılığına görə istefa verir

29 Apr 2026, 01:36 1 baxış
KİV: ABŞ-nin Ukraynadakı diplomatik missiyasının rəhbəri Trampla fikir ayrılığına görə istefa verir
ABŞ-nin Ukraynadakı müvəqqəti işlər vəkili Culi Devis yaxın həftələrdə Kiyevi tərk edəcək. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Devis ABŞ Prezidenti Donald Trampın Ukraynaya dəstəyin azaldılması ilə bağlı mövqeyi ilə razılaşmır. Bildirilib ki, diplomat artıq qərarı barədə Dövlət Departamentini məlumatlandırıb və 30 illik karyerasını başa vuraraq diplomatik xidmətdən getməyi planlaşdırır. Culi Devis 2025-ci ilin mayından ABŞ-nin Ukraynadakı diplomatik nümayəndəliyinə rəhbərlik edirdi. Onun sələfi Bricit Brink də Trampın Ukrayna siyasəti ilə razılaşmadığı üçün istefa vermişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər