Dünya

BƏƏ-nin OPEC-dən çıxmasının mümkün nəticələri açıqlanıb

29 Apr 2026, 01:42 1 baxış
BƏƏ-nin OPEC-dən çıxmasının mümkün nəticələri açıqlanıb
Birləşmiş Ərəb Əmirliklərinin OPEK və OPEK+dan çıxması təşkilat və onun faktiki lideri olan Səudiyyə Ərəbistanı üçün ciddi zərbə ola bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" yazır. Məqalədə qeyd olunur ki, OPEK-də üçüncü ən böyük neft istehsalçısı olan BƏƏ-nin bu qərarı uzun müddətdir mövcud olan narazılıqların, xüsusilə hasilat kvotaları ilə bağlı fikir ayrılıqlarının və Səudiyyə Ərəbistanı ilə münasibətlərdə gərginliyin göstəricisidir. BƏƏ-nin energetika naziri Süheyl əl-Məzrui qərarı uzunmüddətli strateji və iqtisadi baxışa əsaslanan suveren milli qərar adlandırıb. Nəşrin fikrincə, bu qərarın real nəticələri neft və qazın Hörmüz boğazı vasitəsilə daşınmasının bərpasından sonra daha aydın olacaq. Xatırladaq ki, BƏƏ 1 may 2026-cı ildən etibarən OPEK və OPEK+ formatından çıxmaq qərarı qəbul edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər