Dünya
Tramp: "Anam şahzadə Çarlza aşiq olmuşdu"
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Britaniya kral ailəsinin rəsmi qarşılanma mərasimində çıxışı zamanı Kral III Çarlz haqqında zarafat edib və Britaniyanı "kiçik" adlandırıb. Oxu.Az bu barədə kp.ru-ya istinadən xəbər verir. "Siz Konqresə gedəcəksiniz və elə bir çıxış edəsiniz ki, hamı sizin gözəl aksentinizə həsəd aparsın", - deyə o, kinayə ilə qeyd edib. Daha sonra D.Tramp Vaşinqton və London arasındakı tarixi əlaqələrdən danışarkən Birləşmiş Krallığı "kiçik" ölkə kimi xarakterizə edib. Ağ Evin rəhbəri, həmçinin anasının gələcək kral - o vaxtkı şahzadə Çarlza vurulduğunu xatırladıb. "Anam Çarlza aşiq idi, buna inana bilirsiniz?" - deyə o bildirib.
Mənbə
oxu.az