Dünya
Tramp amerikalıların ən yaxın dostunun kim olduğunu açıqladı
"ABŞ-nin Böyük Britaniyadan daha yaxın müttəfiqi yoxdur". Oxu.Az BBC-yə istinadən xəbər verir ki bu sözləri ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Kralı III Çarlzla Ağ Evdə görüşü zamanı deyib. D.Tramp çıxışı zamanı Böyük Britaniyanın keçmiş kraliçası II Elizabetin Ağ Evə səfəri zamanı əkdiyi ağacı xatırladıb. Ağ Ev rəhbərinin sözlərinə görə, bu ağac iki ölkə arasındakı çoxillik münasibətlərin simvoludur. O qeyd edib ki, zaman keçdikcə xeyli böyüyən və möhkəmlənən ağac ABŞ və Böyük Britaniya arasındakı ikitərəfli əlaqələrin inkişafını əks etdirir. "ABŞ müstəqillik qazandığı andan keçən əsrlər ərzində amerikalıların britaniyalılardan daha yaxın dostu olmayıb", - deyə dövlət başçısı vurğulayıb. edib. Qeyd edək ki, Kral III Çarlzın ABŞ-yə dördgünlük dövlət səfəri aprelin 27-də başlayıb.
Mənbə
oxu.az