Dünya

ABŞ Maliyyə Nazirliyi İrana dəstək ittihamı ilə 35 şəxs və quruma sanksiya tətbiq edib

29 Apr 2026, 00:48 1 baxış
ABŞ Maliyyə Nazirliyi İrana dəstək ittihamı ilə 35 şəxs və quruma sanksiya tətbiq edib
ABŞ İrana dəstək göstərməkdə ittiham olunan 17 fiziki şəxsə və 18 şirkətə qarşı sanksiya tətbiq edib. Oxu.Az "TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir. Məlumata görə, sanksiyalara məruz qalan şəxslər və qurumlar İran hərbi rəhbərliyinə beynəlxalq maliyyə sisteminə çıxış əldə etməkdə, qanunsuz neft satışından gəlir toplamaqda, eləcə də raket və digər silahlar üçün həssas komponentlərin alınmasında köməklik göstərməkdə ittiham olunurlar. Sanksiyalar 16 İran vətəndaşına və bir Filippin vətəndaşına, həmçinin İranda, Honq-Konqda və Böyük Britaniyada yerləşən şirkətlərə şamil edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər