İdman

İngiltərədə yalnız qadın futbolu üçün stadion tikiləcək

29 Apr 2026, 00:42 1 baxış
İngiltərədə yalnız qadın futbolu üçün stadion tikiləcək

İngiltərənin "Brayton" klubu Böyük Britaniyada və Avropada yalnız qadın futbolu üçün nəzərdə tutulmuş ilk stadionun tikintisi planlarını elan edib.


Axar.az BBC-yə istinadən xəbər verir ki, 10 min tamaşaçı tutumuna malik olacaq arenanın açılışı 2030/31 mövsümünə planlaşdırılıb.


Stadionun klubun kişi komandasının çıxış etdiyi və təxminən 32 min nəfərlik tutumu olan "Falmer Stedium"un yaxınlığında inşa edilməsi nəzərdə tutulur. Yeni arenadakı bütün infrastruktur - soyunub-geyinmə otaqlarından tutmuş foyeyə qədər - məhz idmançı qadınların və qadın futbolu azarkeşlərinin ehtiyacları nəzərə alınmaqla layihələndiriləcək.


Layihənin dəyərinin 75-80 milyon funt-sterlinq olacağı gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər