İdman

Avropada bir ilk: İngiltərədə yalnız qadın futbolu üçün stadion tikiləcək

28 Apr 2026, 23:36 1 baxış
Avropada bir ilk: İngiltərədə yalnız qadın futbolu üçün stadion tikiləcək
İngiltərənin "Brayton" klubu Böyük Britaniyada və Avropada yalnız qadın futbolu üçün nəzərdə tutulmuş ilk stadionun tikintisi planlarını elan edib. Oxu.Az BBC-yə istinadən xəbər verir ki, 10 min tamaşaçı tutumuna malik olacaq arenanın açılışı 2030/31 mövsümünə planlaşdırılıb. Stadionun klubun kişi komandasının çıxış etdiyi və təxminən 32 min nəfərlik tutumu olan "Falmer Stedium"un yaxınlığında inşa edilməsi nəzərdə tutulur. Yeni arenadakı bütün infrastruktur - soyunub-geyinmə otaqlarından tutmuş foyeyə qədər - məhz idmançı qadınların və qadın futbolu azarkeşlərinin ehtiyacları nəzərə alınmaqla layihələndiriləcək. Layihənin dəyərinin 75-80 milyon funt-sterlinq olacağı gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər