Dünya

KİV: ABŞ Ədliyyə Nazirliyi sabiq FTB direktoruna yenidən ittiham irəli sürdü

29 Apr 2026, 00:00 1 baxış
KİV: ABŞ Ədliyyə Nazirliyi sabiq FTB direktoruna yenidən ittiham irəli sürdü
ABŞ Ədliyyə Nazirliyi Federal Tədqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komiyə qarşı yenidən ittiham irəli sürüb. Oxu.Az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, konkret ittihamlar hələ açıqlanmayıb. 2025-ci ilin sentyabrında nazirlik Komini mətbuata məlumatların sızdırılması ilə bağlı Konqresə yalan məlumat verməkdə ittiham etmişdi, lakin iş səlahiyyətlərin düzgün verilməməsi səbəbindən federal hakim tərəfindən bağlanmışdı. Nəşr yazır ki, işin yenidən başlanması ilə bağlı səylər ABŞ baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanş tərəfindən gücləndirilib. Onun Prezident Donald Trampın təşviq etdiyi işlər üzrə prosesi sürətləndirdiyi bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər